Cənubi Afrika vətəndaşı Ermənistana yarım milyard dollarlıq kokain keçirmək istəyib - VİDEO

Cənubi Afrika vətəndaşı Ermənistana yarım milyard dollarlıq kokain keçirmək istəyib - VİDEO

Hazırda oxunan: Cənubi Afrika vətəndaşı Ermənistana yarım milyard dollarlıq kokain keçirmək istəyib - VİDEO
221741
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cənubi Afrika vətəndaşı Ermənistana dəyəri yarım milyard dollar olan bir kiloqramdan çox kokain keçirməyə cəhd edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsi yayıb.

Mənbə qeyd edir ki, daxil olan əməliyyat məlumatının yoxlanılması zamanı San-Paulu-Doha-İrəvan aviareysi ilə gələn Cənubi Afrika Respublikası vətəndaşının rentgen müayinəsi aparılıb və əcnəbinin qarın boşluğunda yad əşyalar aşkar edilib.
 

Ermənistan tibb mərkəzində ondan ümumi çəkisi 1620 qram olan 117 bağlama kokain çıxarılıb. Qaçaqmal yolu ilə gətirilən narkotikin dəyəri 550 min dolları ötür. Bu cinayət işində əli olan şəxslərin dairəsi dəqiqləşdirilir.


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində İsakov prospektində yerləşən otellərdən birində iki İran vətəndaşı saxlanılıb. Məhkəmənin qərarı ilə onlar həbs edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO