Britaniyalı politoloq USAİD-i İFŞA ETDİ – “Erməni lobbisinin təsiri altındadır” – ÖZƏL

Britaniyalı politoloq USAİD-i İFŞA ETDİ – “Erməni lobbisinin təsiri altındadır” – ÖZƏL

Hazırda oxunan: Britaniyalı politoloq USAİD-i İFŞA ETDİ – “Erməni lobbisinin təsiri altındadır” – ÖZƏL
216094
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“ABŞ-da hər zaman güclü erməni lobbisi olub. ABŞ konqresmenləri Cənubi Qafqaz regionunu həmişə səhv başa düşərək, Azərbaycana qarşı sanksiyalar tətbiq ediblər. Ermənistan Azərbaycan torpaqlarının beşdə birini işğal etdiyi bir vaxtda ABŞ-ın Azərbaycan hökumətinə birbaşa hər hansı yardımını qadağan edən Azadlığa Dəstək Aktının 907-ci maddəsini xatırlatmaq kifayətdir”.

“Azərbaycan daha sərt cavab verməlidir”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ukrayna Milli Universitetinin “Kiyev-Mogilyan Akademiyası”nın professoru, britaniyalı politoloq Taras Kuzio deyib. ABŞ-ın Azərbaycana qarşı siyasətini dəyərləndirən politoloq, Ağ Evin Bakıya müvəqqəti ehtiyacları olmadığı üçün sanksiya dili ilə danışdığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ analitikindən Milli Məclisin TƏKLİFİNƏ DƏSTƏK – “USAİD-in yardımları terrorçuların əlinə keçir” – ÖZƏL


“İndi onlar nahaq yerə iddia edirlər ki, Azərbaycan Qarabağda etnik təmizləmə aparıb. Lakin buna heç bir sübut yoxdur və bütün hüquq müdafiə təşkilatları bunu inkar edir.

Dezinformasiyaya qarşı Azərbaycandan yazılı şəkildə daha sərt cavab verilməlidir”, - deyə T.Kuzio qeyd edib.

Analitik USAİD-in Azərbaycanın tələbi ilə Bakıdakı fəaliyyətinin dayandırması ehtimalını da şərh edib:

“Azərbaycan müstəqil və suveren ölkə kimi, buna özünə uyğun gördüyü şəkildə cavab verməlidir. Amerika fondları ABŞ hökumətindən maliyyə alır və USAİD kimi təşkilatlar Vaşinqtonun silahıdır. Bunların heç biri müstəqil deyil və hamısı erməni lobbisinin təsiri altındadır. Bəli, onlar bir çox ölkədə eyni cür davranır. Müəyyən dərəcədə ona görə ki, o, ABŞ hökumətinin bir qoludur və buna görə də ABŞ hökumətinin siyasətini təbliğ edir”, - deyə T.Kuzio əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO