Lavrovdan İrəvanda Qarabağla bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Lavrovdan İrəvanda Qarabağla bağlı MÜHÜM AÇIQLAMA

20279

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağdakı vəziyyətin normallaşdığını, lokal insidentlərin Rusiya sülhməramlıları tərəfindən dərhal və effektiv şəkildə həll edildiyini söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

"Dağlıq Qarabağ nizamlanmasında müsbət tendensiyaları müşahidə edirik. Bölgədəki vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti təhlükəsizliyin qarantı kimi çıxış edir. Onlar həm də əsir mübadiləsinin tamamlanmasına daim diqqət yetirirlər”. Lavrov İrəvan şəhərində Ermənistan xarici işlər naziri Ara Ayvazyanla görüşdə belə deyib.

Lavrov, həmçinin baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun fəal, ritmik işlədiyini, Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin etmək üçün Bakı ilə İrəvan arasında qurulan dialoqun davam etdirilməsini, bu işdə Rusiyanın maraqlı olduğunu qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin başçısı öz növbəsində Lavrovun səfəri çərçivəsində nazirlərin “artıq Dağlıq Qarabağ nizamlanması ilə bağlı bir neçə məsələni müzakirə etdiklərini” vurğulayıb.

"Bu kontekstdə ATƏT üçlüyünün himayəsi altında sülh prosesinin bərpası üçün şərait yaradılmalıdır. Ən vacib məsələ Azərbaycanın bütün hərbi əsirləri azadlığa buraxılmasını təmin etməsidir”, deyə Ayvazyan əlavə edib.

O bildirib ki, qaçqınlar evlərinə qayıtmalı, əhaliyə humanitar yardım göstərilməli və bölgədə nəqliyyat kommunikasiyaları açılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO