Rusiya Ermənistana silah-sursat tədarükünü dayandırıb - Qriqoryan

Rusiya Ermənistana silah-sursat tədarükünü dayandırıb - Qriqoryan

Hazırda oxunan: Rusiya Ermənistana silah-sursat tədarükünü dayandırıb - Qriqoryan
199109
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96%-dən 10%-ə qədər azalıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın seçimi olub.
“Məhz Rusiya silah və sursat tədarük etməmək qərarına gəlib. Onlar hələ də 2021 və ya 2022-ci il üçün müqavilələr üzrə nəzərdə tutulan silahları tam çatdırmayıblar”, - Qriqoryan bildirib.

Ermənistanla Rusiya arasında təhlükəsizlik sahəsində münasibətlərin necə inkişaf edəcəyinə gəlincə, Təhlükəsizlik Şurasının katibi deyib ki, bu, Rusiyanın bütün mövcud problemlərə necə reaksiya verəcəyindən asılıdır.

Təchizatdan imtinanın nə ilə əsaslandırıldığını soruşduqda, Qriqoryan Ermənistanda əsas səbəbin Ukrayna ilə müharibə olması ilə bağlı izahat eşitdiklərini söyləyib.

“Ancaq 2021-ci ildə imzalanmış müqavilələr də var. Ad çəkmək istəmirəm, bir dəfə Ermənistandan olan yüksək rütbəli məmura demişdilər ki, əgər Rusiya bizə silah-sursat versə, mövqelərimiz daha da sərtləşəcək və bu da bir səbəbdir ki, onlar tədarükü dayandırıblar”, - deyə Təhlükəsizlik Şurasının katibi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO