İrəvanda silahlı toqquşma: 4 yaralı var

İrəvanda silahlı toqquşma: 4 yaralı var

Hazırda oxunan: İrəvanda silahlı toqquşma: 4 yaralı var

19716

Ermənistanın paytaxtı İrəvan şəhərində gecə silahlı toqquşma olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbənin verdiyi məlumata görə, gecə saat 00: 20-də polisə Erebuni tibb mərkəzindən üç nəfərin güllə yarası, bir nəfərin də bıçaq xəsarəti ilə onlara təslim edildiyi siqnalı gəlib.

Yaralılar Toxmax məhəlləsində yerləşən qəbiristanlığın yaxınlığındakı ərazidən götürülüb.

İrəvan Polis Şefi Sevan Köçəryan və müstəntiqlər də daxil olmaqla polis məmurları xəstəxanaya gəliblər.

Saytın yazdığına görə, yaralılar arasında Şenqavit və Malatya inzibati bölgələrinin bələdiyyə başçıları da var.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində avtomat, tapança, patronlar və qan izləri tapıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO