İranlı nazirin səs yazısı aləmi qarışdırdı – Parlament ondan izahat tələb edir

İranlı nazirin səs yazısı aləmi qarışdırdı – Parlament ondan izahat tələb edir

Hazırda oxunan: İranlı nazirin səs yazısı aləmi qarışdırdı – Parlament ondan izahat tələb edir
19365
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif respublikanın xarici siyasəti ilə bağlı apardığı danışıqların mediada sızması ilə bağlı vəziyyətə aydınlıq gətirmək  üçün parlamentə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəsmi nümayəndəsi Abolfazl Amuyi “Tasnim” agentliyinə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Cavad Zərifin səs yazısı yayıldı – Qasım Süleymani haqqında ŞOK ifadələr  


​​​​​​​Zərifə yazılan məktubda audio faylla bağlı vəziyyəti izah etmək üçün komitənin növbəti iclasına qatılması istənilib.

“Russian.rt.com” saytı yazır ki, aprelin 27-də İran Xarici İşlər Nazirliyində Cavad Zərifin Rusiya ilə nüvə razılaşması mövzusunda danışıqların bir sıra KİV-lər tərəfindən yayımlanması məsələsi müzakirə edilib.

Söhbətdə Zərif general Süleymaninin ölkənin xarici siyasətində və Moskva ilə danışıqlarda mühüm rol oynadığını müdafiə edib.

Daha sonra nazir deyib ki, bu səs yazısı daxili konfliktə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO