Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir - Erməni mətbuatı

Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir - Erməni mətbuatı

Hazırda oxunan: Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir - Erməni mətbuatı

193492

“Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətən naminə Tavuş” hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bütün addımlarını şəxsən izləyir”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. 

“Paşinyan saatlarla kompüter arxasında əyləşir və yaxud telefonla canlı yayımları izləyir, Qalstanyanın açıqlamalarını, şərhlərini dinləyir”, - deyə qəzet qeyd edib.

Mənbə bildirir ki, Paşinyan Qalstanyanın açıqlamalarını dinlədikdən sonra bunlara necə reaksiya verməklə bağlı hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinə göstərişlər verir.

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO