Türklər ABŞ hərbi bazalarının ölkədən çıxarılmasını tələb edirlər - İncirlikdə ETİRAZ

Hazırda oxunan: Türklər ABŞ hərbi bazalarının ölkədən çıxarılmasını tələb edirlər - İncirlikdə ETİRAZ

19294

ABŞ Hərbi Hava Qüvvələrinin Türkiyənin cənubundakı İncirlik bölgəsində yerləşən bazasının qarşısında “Vətən” partiyası mitinq keçirərək ABŞ Prezidenti Co Baydenin yalançı “erməni soyqırımı”nı tanınması səbəbindən Amerika hərbçilərinin oradan çıxarılmasını tələb ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Bayden şənbə günü Osmanlı İmperiyasında 20-ci əsrin əvvəllərində təşkil edilən və törədilən “erməni qırğınları”nı rəsmi olaraq “soyqırımı” kimi tanıyıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Bayden ABŞ və Türkiyə arasında müdafiə əməkdaşlığına ciddi zərər vurub” – Amerikalı politoloq


Buna cavab olaraq Türkiyə Prezidenti Tayyib Ərdoğan “tarixə söykənməyən belə haqsız sözlərdən” çox kədərləndiyini deyib.

Eyni zamanda o, əlavə edib ki, iyun ayında NATO-nun Brüsseldə keçiriləcək zirvə toplantısında Baydenlə görüşü ikitərəfli münasibətlərdə yeni səhifə açacaq.

"İncirlik bazası yarım əsrdir Amerika agentlərinin, terrorizmin yuvasıdır. 15 iyul (2016) dövlət çevrilişi cəhdinin mərkəzlərindən biri olub və təşkilatçıların sığınacağına çevrilib. Bu düşmən mərkəzindən bizim qonşularımıza və Orta Asiyadakı qardaşlarımıza qarşı istifadə edilir. 

İncirlik və Kurecik bazaları təcili olaraq Türk Silahlı Qüvvələrinə verilməlidir. ABŞ hərbçiləri 15 gün içərisində evlərinə göndərilməlidir”. Partiya sədri Sərdar Uzkyuplu belə deyib.

Etirazçılar bildiriblər ki, Baydenin açıqlaması tarixi ədaləti bərpa etmir, insan haqlarını qorumaq məqsədi daşımır. Niyyətləri Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq və Asiyaya qarşı təhdidlər həyata keçirməkdir.

Bir gün əvvəl “Vətən” partiyası ABŞ-ın Ankaradakı səfirliyi və ABŞ-ın İstanbuldakı Baş Konsulluğu qarşısında mitinqlər keçirərək, ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanmasını və Krımın Rusiyanın ərazisi kimi tanınmasını tələb edib. 

Partiya bu cür aksiyaları həftə ərzində Türkiyənin müxtəlif şəhərlərində keçirmək niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO