SON DƏQİQƏ: Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı saxlanıldı

Hazırda oxunan: SON DƏQİQƏ: Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı saxlanıldı

19091

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Müdafiə Nazirliyinin əməkdaşını saxlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən yayıb.

Mənbə yazır ki, saxlanılan şəxs vəzifəsindən sui-istifadə edərək çağırışçını hərbi xidmətdən azad edib.

Bəlli olub ki, vətəndaş R.K. xidmətdən iki dəfə möhlət alıb. Üçüncü dəfə 3000 dollara xəstəlik kağızı almaq üçün (sağlamlıq problemlərinin olmamasına baxmayaraq) Müdafiə Nazirliyindəki qohumu X.D.-yə müraciət edib.

Nəticədə R.K. mövcud hərbi vəziyyət dövründə xidmətdən azad edilib.

20 aprel 2021-ci ildə üçüncü şəxs vasitəsi ilə Müdafiə Nazirliyinin zabitinə 3000 dollar verilib. Onların hər ikisi və bu işdə əli olan digər şəxslər MTX-ya gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO