Paşinyan:

Paşinyan: "Tavuşda delimitasiya prosesinin böyük hissəsi başa çatıb"

Hazırda oxunan: Paşinyan: "Tavuşda delimitasiya prosesinin böyük hissəsi başa çatıb"

190868

Tavuşdakı (Tovuzqala - red.) sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinin təminatıdır.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

O, müəyyən (İşğalda olan - red.) ərazilərin də Azərbaycana verilməsini nəzərdə tutan sərhədin delimitasiyası və demarkasiyası prosesini belə qiymətləndirib.
Paşinyanın sözlərinə görə, bu gün Ermənistanda baş verənlər təhlükəsizlik təminatlarının yaradılmasıdır, çünki əvvəlki təminatlar işləməyib.

"Hakimiyyət bu zəmanətləri gücləndirmək və dirəklərin sayını artırmaq üçün əlindən gələni edəcək", deyə o əlavə edib.

Paşinyan vurğulayıb ki, sərhəd dirəkləri qanuni əsaslarla quraşdırılır və onlar dörd kəndin və bütövlükdə Ermənistanın təhlükəsizliyinin təminatına çevrilirlər. 

Ermənistanın baş naziri qeyd edib ki, hazırda Tavuşda delimitasiya və demarkasiya prosesinin böyük hissəsi artıq görülüb:

"İş davam getdikcə, təhlükəsizlik təminatlarının formalaşdığına və müharibənin məntiqsizləşdiyinə inam bir o qədər möhkəmlənir”.
Mayın 6-na olan məlumata görə, Ermənistan və Azərbaycan Tavuş (Tovuzqala - red.) vilayətində 40 ədəd sərhəd dirəyi quraşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO