Türk PA-nın Baş katibi Baydenin açıqlamasından narahatlığını ifadə edib

Hazırda oxunan: Türk PA-nın Baş katibi Baydenin açıqlamasından narahatlığını ifadə edib

19050

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov ABŞ Prezidentinin 1915-ci ildə Birinci Dünya Müharibəsi dövründə baş verən dramatik hadisələrlə bağlı açıqlamasından narahatlığını bildirib.

Bizim.Media xəbər verir ki, Altınbek Mamayusupov “Tarixi hadisələri siyasi dividentlər diktə edə bilməz, çünki bu cür bəyanatlar dünyadakı onsuz da kövrək olan qarşılıqlı anlaşma və inamı sarsıdır”, deyə fikrini izah edib.
 

MÖVZU İLƏ BAĞLI:

"Şəffaf və ədalətli araşdırma lazımdır" - Türk Şurasından Baydenə...


Baş katib xüsusilə peşəkar tarixçilərin 20-ci əsrin tarixi aspektlərini öyrənməsinin vacibliyini vurğulayıb.

Cənab Mamayusupov, beynəlxalq ictimaiyyəti, xüsusən də elmi ictimaiyyəti, Türkiyənin həmin dönəmdə baş verən tarixi hadisələrlə əlaqəli arxivlərin araşdırılması üçün tarixçilər arasından ortaq bir komissiya yaradılması təklifini dəstəkləməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO