Kuleba Mirzoyanla Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyasını müzakirə edib - FOTO

Kuleba Mirzoyanla Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyasını müzakirə edib - FOTO

Hazırda oxunan: Kuleba Mirzoyanla Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyasını müzakirə edib - FOTO

190129

Ukrayna və Ermənistanın xarici işlər nazirləri Dmitro Kuleba ilə Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Kuleba özünün “X” hesabında məlumat verib.

O qeyd edib ki, telefon danışığı zamanı Mirzoyanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər:

“Mən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışdım. Biz Ukrayna və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin dinamikasını müzakirə etdik”. 

Ukraynalı nazir Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında sazişi alqışlayıb.

Tərəflər həmçinin xarici işlər nazirlikləri arasında qarşılıqlı maraq doğuran geniş spektrli mövzular üzrə siyasi məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO