Türkiyənin Gürcüstandakı səfirliyindən erməni aksiyasına CAVAB...

Hazırda oxunan: Türkiyənin Gürcüstandakı səfirliyindən erməni aksiyasına CAVAB...

19001

Gürcüstanda yaşayan ermənilər bu gün Tbilisidə Türkiyə səfirliyinin binası yaxınlığında qondarma “erməni soyqırımı”nın 106-cı ildönümünə həsr olunan aksiya keçiriblər.

Bizim.Media xəbər verir ki, aksiya Filarmoniya binasının qarşısından yürüşlə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

"Şəffaf və ədalətli araşdırma lazımdır" - Türk Şurasından Baydenə...


Əllərində Ermənistan, Gürcüstan bayraqları və plakatlar olan ermənilər Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polis səfirliyin ətrafında dəmir maneələr düzüb və təhlükəsizlik tədbirlərini gücləndirib.

Türkiyə səfirliyi aksiya iştirakçılarını cavab aksiyası ilə qarşılayıb.

Belə ki, diplomatik nümayəndəliyin həyətində səs gücləndiriciləri ilə türk marşları və nəğmələri yüksəkdən səsləndirilib. Bununla Türkiyənin ermənilərin yalan və əsassız iddialarını qəbul etmədiyi göstərilib.
 

Səfirliyin binası önündə isə Ağrı dağının fotoşəkilləri sərgilənib. Türkiyənin ən hündür dağının fotoları ötən gündən ölkənin Milli Suverenlik və Uşaq Bayramına həsr olunan tədbir çərçivəsində nümayiş etdirilir.


Cavab aksiyasına Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc də qoşulub. Onlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə qardaş ölkəyə dəstək olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO