Qazaxla sərhəddəki Kirants kəndində bəzi evlər Azərbaycanın nəzarətinə keçəcək

Qazaxla sərhəddəki Kirants kəndində bəzi evlər Azərbaycanın nəzarətinə keçəcək

Hazırda oxunan: Qazaxla sərhəddəki Kirants kəndində bəzi evlər Azərbaycanın nəzarətinə keçəcək

189704

Xəbər verdiyimiz kimi, dünən İrəvanda Qazaxla sərhəddə yerləşən Tavuşun Kirants kəndinin 10 sakini ilə baş nazir Nikol Paşinyan və hökumət üzvləri arasında qapalı görüş keçirilib. Sakinlər hökumət binasını həyəcanla tərk ediblər və sadəcə jurnalistlərlərə iki söz deyiblər: "Hər şey olduğu kimi qalır, yeni heç nə yoxdur".

“Ermənistan” fraksiyasının Kirantsda doğulmuş deputatı Qeqam Nəzəryan isə bəzi təfərrüatı açıqlayıb: "Paşinyan sakinlərə bildirib ki, sərhəd Kirants kəndinin ortasından keçə bilər. Bu o deməkdir ki, kənd sakinləri qapını açanda Azərbaycan əsgərini görəcəklər. Sakinlər bilmir nə etsinlər, biri deyir evimi yandıracam, digəri deyir, barrikada quracam”.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı  “Ermənistan” fraksiyasının digər deputatı Qarnik Danielyan Tavuşda jurnalistlərə müsahibə verib.

O da Kirants kəndinin iki hissəyə bölünəcəyini deyib: "Bütün qorxularımız təsdiqləndi. Kənddəki körpünün və evlərin bir hissəsi Azərbaycanın nəzarətinə keçir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO