"Azərbaycana, Türkiyəyə və Pakistana qarşı necə mübarizə apara bilərik?" - Simonyan

Hazırda oxunan: "Azərbaycana, Türkiyəyə və Pakistana qarşı necə mübarizə apara bilərik?" - Simonyan

188949

“Kimsə mənə bu ərazidə Azərbaycan tərəfinin nəzarətində olan erməni yaşayış məntəqəsini deyə bilərmi? Əgər varsa, qoy adını çəksinlər. Azərbaycanın bəhs etdiyi kəndlərin adını çəkə bilərəm. Amma mən tənqidçilərimizi anlamaq istərdim, yoxsa bizim nəzarətimizdə olmayan kəndlərimizin adını çəkə bilərsiniz?”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə danışıb.

Jurnalistlərin baş nazirin 30-dan çox kənd haqqında danışması ilə bağlı şərhlərinə cavab olaraq Simonyan qeyd edib ki, söhbət yalnız “həyati vacib ərazilərdən” gedir, yaşayış məntəqələrindən deyil.

Simonyan qeyd edib ki, kəndlər Azərbaycana qaytarıldıqdan sonra Tovuzqaladakı (Tavuş) ərazilər daha ​​da etibarlı qorunacaq çünki heç kim bizim ərazimizə sahiblənməyə cəhd etməyəcək. 

Onun sözlərinə görə, təhlükəsizliyin təminatı Silahlı Qüvvələrin mövqeləri deyil, sərhəddir.

“Biz dayanmadan mövqelər qura və gücləndirə bilərik, sonra onlar "Bayraktarlar"ı və tankları ilə bizə hücum edəcəklər. Bu zəmanət deyil. Zəmanət qanuni, qarşılıqlı tanınan sərhəddir.

Doğrudanmı kimsə yaxşı mövqelərimizdən Azərbaycana, Türkiyəyə və Pakistana qarşı mübarizə apara biləcəyimizi düşünür? Bu, kəmiyyət məsələsidir”, - Ermənistan parlamentinin spikeri qeyd edib.

Erməni spikerin fikrincə, “müharibə” anlayışı həm Ermənistanın, həm də Azərbaycanın təfəkküründən və gündəmindən çıxarılmalıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO