İrəvanda sensasion TOPLANTI – Türkiyə ilə münasibətlərin qurulmasına hazırlaşırlar?

Hazırda oxunan: İrəvanda sensasion TOPLANTI – Türkiyə ilə münasibətlərin qurulmasına hazırlaşırlar?

18802

"Erməni layihəsi" elm və təhsil ictimai təşkilatı İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsi ilə birlikdə 23 aprel tarixində paytaxtda "Cənubi Qafqazdakı Ermənistan və Türkiyə: reallıqlar və risklər" mövzusunda konfrans keçirir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.

Mənbə yazır ki, konfrans elm və təhsil sahəsinin nümayəndələrinin, ictimai təşkilatların və mütəxəssislərin iştirakı ilə baş tutur.

Konfrans zamanı natiqlər Türkiyənin Cənubi Qafqaz siyasətinin xüsusiyyətlərini (geosiyasət, hərbi və diplomatik aspektlər, demoqrafiya və s.) təqdim edirlər. Toplantıda səsləndirilən təkliflər haqda informasiya verilmir.

Əslində belə toplantının bu adla məhz İrəvan şəhərində keçirilməsi və bunun Paşinyan hakimiyyətinin diktəsi ilə tələbə və gənclər tərəfindən təqdim edilməsi Ermənistanın Türkiyə siyasətində yumşalmağa doğru getdiyi haqda ictimaiyyətin beynində fikir formalaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO