“Şuşada ermənilərin törətdiyi vandalizm aktı məni sarsıdıb” - Beynəlxalq konfransın iştirakçısı

“Şuşada ermənilərin törətdiyi vandalizm aktı məni sarsıdıb” - Beynəlxalq konfransın iştirakçısı

Hazırda oxunan: “Şuşada ermənilərin törətdiyi vandalizm aktı məni sarsıdıb” - Beynəlxalq konfransın iştirakçısı
181945
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Biz Qarabağ Zəfərini Lefkoşa küçələrində böyük coşqu ilə qeyd etdik. Çünki bu qələbə Türk dünyasına aiddir.

Bizim.Media xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya məsələləri üzrə xüsusi köməkçisi Hüseyn İşıqsal “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində Şuşaya təşkil olunan səfərdə AZƏRTAC-a açıqlamasında bildirib.

Şuşaya ilk dəfə gəldiyini qeyd edən qonaq burada aparılan yenidənqurma işlərinin onda xoş təəssürat yaratdığını söyləyib. O vurğulayıb ki, bura qısa zamanda böyük mədəniyyət və istirahət mərkəzinə çevriləcək.
H. İşıqsal əlavə edib ki, Şuşada və Qarabağın digər yerlərində işğal dövründə ermənilər tərəfindən törədilmiş vandalizm aktı onu sarsıdıb. Qonaq qeyd edib ki, ermənilər buradakı məscidləri heyvan axurlarına çevirdiyi kimi, rumlar da türklərin yaşadığı Şimali Kipr ərazisində analoji hadisələr törətmişlər.

“Bu səbəbdən bütün dünyaya səslənərək müraciət edirəm ki, bütün dinlərə hörmətlə yanaşılmalıdır. Ermənilər 30 il ərzində türk izini Qarabağdan silməyə çalışıblar. Ancaq düşmənin bu istəyinə imkan verilməyib”, - deyə Hüseyn İşıqsal fikrini yekunlaşdırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO