Türkiyə və ABŞ Bakı-İrəvan arasında sülh üçün birgə çalışacaqlar

Türkiyə və ABŞ Bakı-İrəvan arasında sülh üçün birgə çalışacaqlar

Hazırda oxunan: Türkiyə və ABŞ Bakı-İrəvan arasında sülh üçün birgə çalışacaqlar

181874

ABŞ və Türkiyə Azərbaycanla Ermənistan arasında sülhə dair səyləri birləşdirmək barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən dərc edilən Türkiyə və ABŞ arasında Strateji Mexanizmə dair birgə bəyanatda bildirilir.

Qeyd edilir ki, ABŞ və Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün təşviqi üçün birgə işləməyə sadiqdirlər.

Bəyanatın mətnində deyilir ki, hər iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə olunması üçün birgə səy göstərəcəklər.
Türkiyə XİN başçısı Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken bunun regional sabitliyə, əməkdaşlığa və rifaha təşviq edəcəyinə dair müzakirələr aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO