Rusiya artıq Ermənistanı itirib - Erməni politoloq

Rusiya artıq Ermənistanı itirib - Erməni politoloq

Hazırda oxunan: Rusiya artıq Ermənistanı itirib - Erməni politoloq

181501

“Moskva başa düşür ki, Ermənistan artıq əlindən "sürüşüb çıxır". Amma əslində Rusiya artıq Ermənistanı itirib. Sadəcə olaraq, Rusiyanın strateji elitası bunu başa düşmür. Ermənistanın Rusiya ilə əvvəlki münasibətləri olmayacaq və zaman keçdikcə bu, daha aydın şəkildə vurğulanacaq”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Armen Vardanyan deyib.

“Əlbəttə, Rusiya bu yeni reallığı asanlıqla qəbul etməyəcək. Aydındır ki, onun təsir dairələrində olan dövlətlər üz döndərib başqa istiqamətə dönəndə həmişə əziyyət çəkirlər. Bu, digər ölkələrdə də belə olub: Ukrayna, Gürcüstan, Moldova və s. Lakin Ermənistan hakimiyyəti belə kəskin addımlar atmayacaq, addım-addım gedəcək və zaman keçdikcə uçurum dərinləşəcək.

Bu, gələcək münasibətlərdə hər iki ölkə tərəfindən daha güclü hiss olunacaq.

Ermənistan xarici və iqtisadi siyasətini, silah alışını şaxələndirməyə çalışır. Ənənəvi olaraq silahlarının 90%-dən çoxunu Rusiyadan alırdı, indi bu, 10%-dən də azdır. Ermənistan artıq başqa ölkələrdən silah almağa başlayıb. Enerji baxımından, hökumət siyasi qərar verib ki, Metsamor AES Amerikanın modul tipli AES-i ilə əvəzlənəcək. Siyasi baxımdan biz KTMT-yə doğru demarş, Ermənistanla Qərb arasında yaxınlaşma görürük. Diversifikasiya baxımından nəzərəçarpacaq irəliləyişin olmadığı yeganə sahə iqtisadi əməkdaşlıqdır.

Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılmasına gəlincə, Rusiya sərhəd xidmətinin rəhbərliyinə artıq ultimatum təqdim olunub ki, rus sərhədçiləri yaxın vaxtlarda Zvartnotsu tərk etməlidirlər. Ola bilsin ki, bu, daha yüksək səviyyədə, diplomatik kanallarla deyil, yerli xidmət rəhbərliyinə məlumat verilməklə edilib. Hesab edirəm ki, hökumət də bu məsələdə qərarlıdır və tezliklə rus sərhədçiləri Zvartnotsdan çıxarılacaq.

Bəllidir ki, Rusiya bilərəkdən silah tədarükünü gecikdirir və bu, təkcə bu hakimiyyətin dövründə yox, hətta Serj Sarkisyanın dövründə də belə bir siyasət aparıblar. Rusiya bilərəkdən silah tədarükünü gecikdirir ki, Ermənistan zəif vəziyyətə düşsün”, - deyə politoloq bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO