Karapetyan: “Avropalıların dedikləri yalnız boş, əhəmiyyətsiz ifadələrdir”

Karapetyan: “Avropalıların dedikləri yalnız boş, əhəmiyyətsiz ifadələrdir”

Hazırda oxunan: Karapetyan: “Avropalıların dedikləri yalnız boş, əhəmiyyətsiz ifadələrdir”

180763

“Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyinə şübhə edirəm. Ermənistana qarşı atılan addımlar, çox güman ki, Aİ-nin Cənubi Qafqazda möhkəmlənməsi məqsədini daşıyır”.

Bizim.Media xəbər verir ki, bunu “Sputnik Armeniya”ya müsahibəsində Ermənistanın Sankt-Peterburqdakı keçmiş baş konsulu, Daşnaksütyunun nümayəndəsi Qrayr Karapetyan deyib.
O bildirib ki, Aİ bundan əvvəl də Ermənistana qarşı hər hansı hərbi təcavüz olacağı təqdirdə Azərbaycana, o cümlədən onun hərbi-siyasi rəhbərliyinə, o cümlədən enerji sektoruna qarşı sanksiyaların tətbiq edilməsini deyirdi:

“Avropalı və amerikalı siyasətçilərin Qarabağda “etnik təmizləmə”yə yol verməyəcəklərinə dair verdikləri  vədlər hələ də yaddaşımızdan silinmir. Laçın dəhlizinin açılması ilə bağlı çoxsaylı çağırışlar və tələblər də xatırlayıram. Zaman göstərdi ki, bunlar boş ifadələrdir, praktiki əhəmiyyəti yoxdur və yalnız kağız üzərində qalır. Qərb strukturlarının qəbul etdiyi son sənədlər və qətnamələr haqqında da bunu demək olar. Azərbaycana qarşı əməli addımlar Ermənistanın maraqları baxımından vacib olardı. Lakin bunlar imperativ sənədlər deyil, sadəcə tövsiyələr və söhbətlərdir”.

Siyasətçi Avropa İttifaqının Azərbaycanın enerji resurslarından imtina edəcəyinə şübhə ilə yanaşır:

“Aİ Rusiya karbohidrogenlərinə alternativ tapmağa hər cür cəhd edir, belə alternativlərdən biri də Azərbaycandır. Təbii ki, rəsmi Bakı bütün bunları yaxşı bilir, ona görə də Avropa strukturlarının bir çox qərarlarına məhəl qoymamağa üstünlük verir. Azərbaycan vaxtilə Avropa İttifaqının monitorinq missiyasına ev sahibliyi etməkdən qəti şəkildə imtina etdi. Bəs, bunun müqabilində Aİ nə etdi? Heç nə…”

Aİ-nin Ermənistandakı monitorinq missiyasının genişləndirilməsi və Türkiyə ilə sərhədin perimetri boyunca müşahidəçilərin yerləşdirilməsi imkanlarına gəlincə, siyasətçi hesab edir ki, bu, Brüsselin Cənubi Qafqazda və xüsusilə Ermənistanda mövcudluğunu gücləndirmək siyasətinin bir parçasıdır:

“Avropa İttifaqı getdikcə daha çox Ermənistanı öz təsir orbitinə çəkməyə və eyni zamanda Rusiyanın regionda təsirini zəiflətməyə çalışır. Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədində yerləşməsi faktını da nəzərə alsaq, Avropa Parlamentinin müşahidəçilərin yerləşdirilməsinə dair müvafiq qətnaməsi Ermənistan-Rusiya razılaşmasına ziddir. Bu baxımdan, qətnamə müəyyən çaşqınlıq yaradır. 

İki tamamilə fərqli güc mərkəzinin nümayəndələri eyni yerdə ola bilməz. Təbii ki, qətnamələrin siyasi-diplomatik təzyiq baxımından müəyyən əhəmiyyəti var və həm də təbliğat effekti verir. Amma yadda saxlamaq lazımdır ki, avropalı siyasətçilər və rəsmilər bəyanatlardan o tərəfə keçməyəcəklər”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO