Rusiya Ermənistanı

Rusiya Ermənistanı "Zaqafqaziyada" əsas müttəfiq adlandırdı

Hazırda oxunan: Rusiya Ermənistanı "Zaqafqaziyada" əsas müttəfiq adlandırdı
17908
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Ordu generalı Valeri Qerasimov Ermənistan Baş Qərargah rəisi Artak Davtyan ilə danışıqlar aparıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Solovyov sindromu” və erməni xislətinin ORTAQ CƏHƏTİ  – Rus jurnalistlərin daşnak sevdasına SƏBƏB


"Sizi Moskvada görməyə şadam. Ermənistan Rusiyanın Zaqafqaziyada əsas müttəfiqi və tərəfdaşıdır”. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi danışıqların əvvəlində belə deyib.

Qerasimov hər iki ölkənin qarşılıqlı əlaqələrinin həm ikitərəfli əsasda, həm də beynəlxalq strukturlarda, ilk növbədə KTMT çərçivəsində gücləndirildiyini qeyd edib:

“Bunun göstəricisi Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazasının fəaliyyət göstərməsidir”.

"Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri hər il Rusiya Müdafiə Nazirliyinin genişmiqyaslı tədbirlərində iştirak edirlər və nümayəndə heyətləri həmişə yüksək səviyyədə təmsil olunurlar" deyə Qerasimov vurğulayıb.

"Bu gün müdafiə sahəsində ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə etmək imkanımız var". Qerasimov fikirlərini belə yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO