Gürcüstana partlayıcı maddələr keçirən Ermənistan vətəndaşları TUTULDU - VİDEO

Hazırda oxunan: Gürcüstana partlayıcı maddələr keçirən Ermənistan vətəndaşları TUTULDU - VİDEO

176650

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiyaya külli miqdarda partlayıcı maddənin keçirilməsinin qarşısını alıb. 

Bizim.Media xəbər verir ki, məlumatı Gürcüstan DTX yayıb. 

Bildirilib ki, Ukrayna vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilərkən hərbi təyinatlı, ümumi çəkisi 14 kiloqram plastik partlayıcı maddə C-4, həmçinin 6 ədəd detonator aşkarlanıb.

İstintaq nəticəsində yükün bu ilin 19 yanvarında Ukraynanın Odessa şəhərindən yola düşdüyü, Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçərək “Sarp” gömrük-keçidi məntəqəsindən Gürcüstana daxil olduğu, buradan isə “Dəryal” keçidi ilə Rusiyanın Voronej şəhərində aparılmasının planlaşdırıldığı müəyyən edilib. 
Gürcüstan DTX-nin apardığı əməliyyat istintaq tədbirləri nəticəsində partlayıcı vasitələrin Gürcüstana gətirilməsində iştirak etmiş 7 Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşı müəyyənləşdirilib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO