“Ermənistan istəsə də, bizə təhlükə törədə bilməz” – Zərdüşt Əlizadə

“Ermənistan istəsə də, bizə təhlükə törədə bilməz” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Ermənistan istəsə də, bizə təhlükə törədə bilməz” – Zərdüşt Əlizadə

173995

Ermənistan Rusiyadan götürdüyü 500 milyon dollarlıq kreditin əsas hissəsini vaxtından əvvəl ödəmək qərarına gəlib. Silahların ilk hissəsi artıq İrəvana çatdırılıb, özü də müdafiə yox məhz hücum silahları, “Smerç” raketləri göndəriblər. Xatırladaq ki, Rusiya 2009-cu ildə Dünya İqtisadi böhranı zamanı Ermənistan iqtisadiyyatını defoltdan xilas etmək üçün 15 il müddətinə nəzərdə tutulan 500 milyon dollarlıq kredit ayırmışdı.

Maraqlıdır, Ermənistan nəyə hazırlaşır?

Politoloq Zərdüşt Əlizadə mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O, Ermənistanın silahlanmasını belə izah edib:

“Ermənistan çalışır ki, öz ordusunu gücləndirsin. Hər bir dövlət ordusunun qüdrətli olmasını istəyir. Biz də qələbədən sonra ordumuzu gücləndirməyə davam edirik, arxayınlaşmamışıq. Çindən, Türkiyədən, Pakistandan və başqa dövlətlərdən silah alırıq.

Ermənistan 44 günlük müharibədə çox böyük itkilər verdi. Bu ölkənin silah-sursatlarının çoxu indi bizim Hərbi Qənimətlər Parkındadır. Ermənistan həmin texnikaları bərpa etmək istəyir. 500 milyon dollar hərbi texnikalar üçün böyük məbləğ deyil. Azərbaycan hərbi sahəsinə milyardlar xərcləyir”.

O qeyd edib ki, Ermənistan bir də heç vaxt Azərbaycana təcavüz etmək iqtidarında olmayacaq:

“Azərbaycanda hakimiyyət davası gedən dövrdə Ermənistan bu boşluqdan istifadə etmişdi. İndi Azərbaycan qüdrətli dövrünü yaşayır. Artıq sözügedən ölkə bizə təhlükə törətmir, törədə də bilməz. İndi əsas məsələ əlaqələri tənzimləməkdir.

Ermənistanda hansısa “çiy” təbəqə qisas hissi ilə yaşaya bilər. Amma siyasi hakimiyyətin revanş hissinə qapılmasına imkan yoxdur. Düzdür, bəzən bu ölkənin siyasi dairələri “Böyük Ermənistan” xülyasına qapılır, təbii ki, bunun da reallıqla əlaqəsi yoxdur”.

Politoloq Zərdüşt Əlizadə qeyd edib ki, Rusiya Ermənistanın Qərbə yönəlməsini istəmir, ona görə bu jesti edir:

“Görünən odur ki, Ermənistana verilən silahlar Rusiyaya o qədər də lazım deyil. Bundan əlavə, pul da qazanır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO