Dələduz QHT-çi Mətanət Əsgərqızı İrəvan xanının davamçısını təhqir etdi — Ermənilərlə eyni mövqeyi paylaşır 

Dələduz QHT-çi Mətanət Əsgərqızı İrəvan xanının davamçısını təhqir etdi — Ermənilərlə eyni mövqeyi paylaşır 

Hazırda oxunan: Dələduz QHT-çi Mətanət Əsgərqızı İrəvan xanının davamçısını təhqir etdi — Ermənilərlə eyni mövqeyi paylaşır 

162577

Amir Ali Sərdari İrəvani Qərbi Azərbaycana qayıdışın bir simvoldur. Onun bu mübarizənin önündə getməsi həm genetik, həm mənəvi, həm də bir azərbaycanlı kimi etnik haqqıdır. 

İnsan dünyaya yalnız gözləri ilə baxmır; dünyada gördüklərinin çoxu onun xarakterinin inikasıdır. Bir insanın xarakterində yırtıcılıq varsa, yaşamaq şəkli də ona uyğun olur. Ya da əksinə, insan dünyanı gözəl görmək istəyirsə, hər şeyə rəğmən ətrafındakı xarabalığı da gözəlləşdirməyə çalışır.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızının İrəvan xanı nəslinin davamçısı Amir Ali Sərdari İrəvani və öz həmkarları haqqında "moşşennik" kəlməsi işlətməsi (bu söz bizim leksikonumuzda yoxdur, üzr istəyirəm) bizdə çox acı təəssüf doğurur.

Başa düşürük ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2023-ci ilin qrant müsabiqəsindən kənarda qalıb, layihəsi dəstəklənməyib. Buna görə bir qrup narazı QHT həmkarları ilə Prezident Adminstrasiyasına basqına da cəhd etmişdilər. Yox, bu təkcə basqın deyildi, həm də dövləti şantaj idi, kiçik xidmətini böyüdüb, özünü gözə soxmaq idi; dövlət və xalq adına etdiklərini dövlətin, xalqın başına qaxmaq idi. Bu mənada onun sosial şəbəkələrdə paylaşdığı statusunu da dövlətə qarşı etdiyi həmin şantajın davamı kimi başa düşürük.  

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, təəssüf doğuran odur ki, həmin narazı QHT-lərin bəziləri öz maraqlarına toxunulduğunu qəbul edə bilmir, yalnız dövlət rəsmilərini deyil, layihə alan həmkarlarının layihəsini aşağılamağa çalışır, öz aləmlərində guya kimlərisə ələ salır, iradlarını bildirir. Özünü dövlətin xərclənən pullarının auditi kimi aparır. Bu azmış kimi, Qərbi Azərbaycana Qayıdışla bağlı layihələrin mahiyyətini azaltmağa, dəyərsizləşdirməyə çalışır. 

İrəvan xanının nəslinin davamçısına ona yaraşmayan yarlıq taxmağa çalışır. 


Bu gün Amir Ali Sərdari İrəvanı bir simvoldur, Qərbi Azərbaycana qayıdışla bağlı mübarizəmizin önündə getməsi də onun həm genetik, həm mənəvi, həm də bir azərbaycanlı kimi etnik haqqıdır. Necə ki, biz uzun illər Qarabağ mübarizəsində Xan qızı Xurşudbanu Natavanı da əsas simvollardan biri olaraq, qəbul edirdik və Şuşa alınandan sonra öz evinə dönən də onun güllələnmiş heykəli oldu. Bu mübarizədə mənəvi ölçüdü, dəyərdi, haqqdı. Sabah Qəribi Azərbaycana qayıdışın da önündə Amir Ali İravani kimi insanlarımız olmalıdır, olacaq da. Yalnız xan nəslinin nümayəndəsi olduğuna görə yox, İrəvanla bağlı, Qərbi Azərbaycanla bağlı ən çox bilgiyə sahib olan, o torpaqları hamıdan çox araşdıran bir insan olaraq, bunu çoxdan haqq edir çünki... 
 


Açığı Qərbi Azərbaycanla bağlı məsələlərə narazılıq edən bəzi "azərbaycanlıları" başa düşmürəm, əslində, hamı bilir ki, bu məsələyə yalnız ermənilər etiraz edir. Biz Qərbi Azərbaycanda dədə-baba torpaqlarımızla bağlı qayıdışı yalnız bu gün düşünüb, layihə xatirinə danışmırıq. Biz bunun üçün mücadilədən heç zaman da əl çəkməmişik. Sadəcə zaman yetişib, artıq gerçəkləşdirilməsi zamanın və bizlərin hökmündədir. Sadəcə buna inanmaq lazımdır. Bu yolu gedən insanların əl-ayağına dolaşmaq, onları ittiham etmək isə yersiz və lüzumsuzdur.

Dünən hamımız Qarabağlıydıq, bu gün hamımız İrəvanlı, Göyçəli, Qərbi Azərbaycanlı olmalıyıq. Necə ki, lazım olanda hamımız Təbrizli oluruq... 

Bizim.Media 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO