“Vaqner

“Vaqner"çiləri Ermənistanda şəxsən görmüşəm” - Erməni hərbi ekspert

Hazırda oxunan: “Vaqner"çiləri Ermənistanda şəxsən görmüşəm” - Erməni hərbi ekspert

155141

Erməni hərbi ekspert Qor Amatuni Ermənistanda "Vaqner" özəl hərbi təşkilatının silahlılarını şəxsən gördüyünü bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün YouTube kanalında məlumat yayıb.

“Ermənistanda "vaqner"çilər var, mən şəxsən onları Gorusda otellərin birində görmüşəm.

Bu yaxınlarda Qorusa getmişdim. Orada "Vaqner"dən bir neçə nəfər var idi, komandirləri rusiyalı erməni idi, başqa ermənilər də gəlmişdi. Sonra biz onları Gorusun müxtəlif yerlərində gördük.
Onlar doğrudan da Ermənistana gəliblər və toplaşırlar. "Vaqner"çilərin niyə gəldiyini hamımız bilirik. Ermənistanın Milli Təhlükəsizlik Xidməti, ordusu və polisi çox diqqətli olmalıdır.

Ümumiyyətlə, arzuolunmaz şəxsləri Ermənistana buraxmamalıyıq. Gəlin silahlanaq və hər şeyə hazır olaq”, - ekspert bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO