Ermənistan BQXK-nın Azərbaycan Nümayəndəliyinin mandatının həyata keçirilməsinə daim maneələr törədir

Ermənistan BQXK-nın Azərbaycan Nümayəndəliyinin mandatının həyata keçirilməsinə daim maneələr törədir" - RƏSMİ

Hazırda oxunan: Ermənistan BQXK-nın Azərbaycan Nümayəndəliyinin mandatının həyata keçirilməsinə daim maneələr törədir" - RƏSMİ

154295

"Bu faktdır ki, Ermənistan BQXK-nın Azərbaycan Nümayəndəliyinin mandatının həyata keçirilməsində daim maneələr törədir".

Bizim.Media xəbər verir ki, bu barədə sentyabrın 8-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib.

Qeyd edilib ki, Ermənistanın Qarabağda vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi təqdim etməyə çalışmasının, əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş utanmaz bir siyasi kampaniya olması tamamilə aydındır və bu heç bir şübhə doğurmamalıdır.
"Vəziyyət humanitar məsələ olsa idi, həftələr öncədən bir neçə yolun sinxronlaşdırılmış istifadəsi təklifi əsasında həll edilə bilərdi.

Qarabağ bölgəsinin erməni sakinlərinin humanitar ehtiyacları bəhanəsi ilə Ermənistan əslində bu insanları separatizm siyasətinin qurbanına çevirdi və hazırda dözümsüzlük və nifrətə əsaslanan fikirlərini yaymaqda davam edir.

Yüklərin çatdırılması məsələsi ilə bağlı vəziyyət Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi və siyasi təxribatları ilə eyni zamanda baş verir", - brifinqdə vurğulanıb. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO