Qarabağla bağlı bəyanatın icrası münaqişənin həllinə zəmin yaradır – İrəvandan Ann Lindenin AÇIQLAMASI

Qarabağla bağlı bəyanatın icrası münaqişənin həllinə zəmin yaradır – İrəvandan Ann Lindenin AÇIQLAMASI

Hazırda oxunan: Qarabağla bağlı bəyanatın icrası münaqişənin həllinə zəmin yaradır – İrəvandan Ann Lindenin AÇIQLAMASI
14896
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağla bağlı üçtərəfli bəyanatın tətbiqi münaqişənin həlli üçün əsas olacaq.

Bizim.Media xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri və İsveçin xarici işlər naziri Anne Linde çərşənbə axşamı Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla İrəvan şəhərində birgə keçirdiyi mətbuat konfransında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

ATƏT sədri Ayvazyanla görüşdü


Lindenin sözlərinə görə, təşkilat bölgədəki üçtərəfli bəyanatın imzalanmasından sonra dəyişən vəziyyəti yaxından izləyir.

O, atəşkəs bəyannaməsinin imzalanmasını alqışlayaraq, insan itkisindən təəssüfləndiyi bildirib.

"Bəyanatda göstərilən məqamların tam tətbiqi münaqişənin həllində irəliləyiş üçün zəmin yaradacaq" deyə o, qeyd edib.

Xatırladaq ki, ki, Ann Linde Ermənistana dünən gəlib. O, bundan öncə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə danışıqlar aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO