“Ermənistandakı Hindistan silahları ordumuzun qanuni hədəfi olacaq” – Fərhad Məmmədov

“Ermənistandakı Hindistan silahları ordumuzun qanuni hədəfi olacaq” – Fərhad Məmmədov

Hazırda oxunan: “Ermənistandakı Hindistan silahları ordumuzun qanuni hədəfi olacaq” – Fərhad Məmmədov

148181

“Göründüyü kimi, ermənilər yük maşınlarını Laçın keçid məntəqəsinə gətirdilər. Məlum mənzərəni hamı gördü. Bəs sonra nə olacaq? Şübhəsiz ki, bu planın arxasında Ermənistan hökuməti dayanır. Yəni, bu, ictimai təşəbbüs deyil. Karvanı Ermənistan polisinin müşayiət etməsi də bu faktı təsdiq edir.”.

Bizim.Media xəbər verir ki, bu sözləri Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov özünün “facebook” səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

İran üzərindən Ermənistana SİLAH DAŞINIR – VİDEO    


Fərhad Məmmədov, ermənilər başladığı kampaniyanın məqsədini açıqlayıb:

“Onlar bu variantla Laçın yolundan istifadəyə, ya da ən azı Azərbaycana qarşı növbəti böhtan kampaniyası üçün informasiya şəraiti yaratmaq və Ermənistanda sülhməramlıları gözdən salmağa çalışırlar.

Guya Ermənistan hökuməti bu addımın əbəs yerə olduğunu başa düşmür? Onlar başa düşürlər. Amma danışıqları pozmaq, nə etdiklərini və bacardıqları hər şeyi daxildə göstərmək üçün buna gedirlər. Bunun da nəticələri olacaq. Ermənistan rəhbərliyi hesab edir ki, bu nəticələr Ermənistan ərazisinə təsir etməyəcək... Amma burada da yanılırlar”.

Ekspertin fikrincə, Azərbaycanın Hindistana etirazı Ermənistan üçün də bir siqnaldır:

“Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən və qoşunlarını oradan çıxarmayan təcavüzkar dövlət olduğu üçün bu ölkədəki Hindistan silahları Azərbaycan ərazisində Silahlı Qüvvələrimizin qanuni hədəfidir”. 

“Bəs ermənilər hansı addımları atacaqlar?” – sualını əlavə edən F.Məmmədov vurğulayır ki, onlar yoldan tərpənməyəcəklər, amma bu məntiqli deyil:

“Bu o deməkdir ki, Qarabağ erməniləri bu yük maşınlarına yaxınlaşmalıdır. Bunun üçün onlar Xankəndi yaxınlığındakı nəzarət-keçid məntəqəsindən, Azərbaycanın daxili qoşunlarının Şuşa yaxınlığındakı səddindən keçib Həkəri çayı üzərindəki keçid məntəqəsinə çatmalıdırlar... Yəni, bütün variantlar faydasızdır və daha ciddi eskalasiyaya səbəb olur. Ehtimal etmək olar ki, bu təxribat Qarabağa hava nəqliyyatını bərpa etmək üçün edilib”. 

O, qeyd edir ki, bunun arxasında məsələni BMT səviyyəsində qaldırmağa və öz resurslarından istifadə etməyə çalışan Fransa dayana bilər:

“Azərbaycan tərəfindən icazə verilməyən hava əlaqəsi müvafiq nəticələrlə ölkənin hava məkanının pozulmasına gətirib çıxaracaq. Bəs, Qarabağa uçacaq helikopteri kim idarə edəcək? Hesab edirəm ki, helikopterdə hansı bayrağın olmasından asılı olmayaraq, vurmaq lazım gələcək”. 

Fərhad Məmmədovun fikrincə, erməni diplomatiyasının bütün yollarda itirilməsi Paşinyanı belə təxribatlara sürükləyir:

“Paşinyanın bu təxribatla nə qədər uzağa gedə biləcəyini yaxın bir neçə gün ərzində öyrənəcəyik. Təcrübə isə göstərir ki, substantiv bir şey etmək üçün cəsarət kifayət deyil”.

Rövşən Ziya, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO