SEPAH-ın komandanı yenidən SƏRHƏDİMİZDƏ – İranı qorxuya salan nədir?

SEPAH-ın komandanı yenidən SƏRHƏDİMİZDƏ – İranı qorxuya salan nədir?

Hazırda oxunan: SEPAH-ın komandanı yenidən SƏRHƏDİMİZDƏ – İranı qorxuya salan nədir?

147162

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, SEPAH-ın komandanı Məhəmməd Baqeri Azərbaycan ilə sərhəd məntəqəsində olub. Bu barədə "Tasnim” agentliyi məlumat yayıb.

Baqeri Qərbi Azərbaycan əyalətinin Naxçıvan ilə sərhəddə yerləşən Poldəşt şəhərində və Araz çayı sahillərindəki hərbi hissələrə baş çəkib. Baş Qərargah rəisi şəxsi heyətin döyüş hazırlığı vəziyyətini yoxlayıb.

İran baş qərargah rəisinin Azərbaycanla sərhəddəki hərbi hissələrə baş çəkməsi Tehranla Bakı arasında gərginliyin hökm sürdüyü bir vaxta təsadüf edir. Hələ də İran mətbuatı Azərbaycanla bağlı dezinformasiyalar yaymaqda, ölkəmizi heç bir əsas olmadan müxtəlif hadisələrdə ittiham etməkdə davam edir. 

Tehrandakı Azərbaycan səfirliyinə hücumla bağlı İran rəsmiləri istintaqın artıq yekunlaşmaq üzrə olduğunu desələr də, görünən odur ki, onlar sadəcə bununla vaxt udmağa çalışırlar. Belə bir vəziyyətdə İran baş qərargah rəisi Azərbaycanla sərhəddəki hərbi hissələrə baş çəkərək, hazırlıq vəziyyətini yoxlayır. Bu isə ondan xəbər verir ki, İran nədənsə təlaşlanır. 

Görəsən, Tehran nədən təlaşlanır?

Bizim.Media-ya açıqlama verən beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayevin fikrincə, İran Baş Qərargah rəisinin Azərbaycanla sərhəddəki hərbi hissələrə baş çəkməsi guya Tehranın regionun əsas hərbi güc mərkəzi olduğunu göstərməyə hesablanmış addımdır:
 

MÖVZU İLƏ BAĞLI:

İranda SEPAH zabiti öldürülüb


“Son illər ərzində dəfələrlə belə hadisələr baş verib. 44 günlük müharibədən sonrakı illər ərzində İran tərəfi dəfələrlə öz hərbi təlimlərini Araz çayı boyunca sərhəd ərazisində keçirib. Bu təlimlərin də məqsədi guya Azərbaycana əzələ nümayiş etdirməyə hesablanmış addımlardır.

Guya hərbi potensiallarını göstərməklə Zəngəzur dəhlizi ətrafındakı sərhədləri dəyişdirməyə imkan verməyəcəklərini demək istəyirlər. İran rejimi Zəngəzur dəhlizinin açılmasını istəmir, ona görə də tez-tez həmin ərazidə belə təlimlər keçirir və yaxud da oradakı hərbi hissələrə baş çəkirlər. 
Baqerinin sərhəd məntəqəsindəki hərbi hissələrə baş çəkməsi də İranın özünü regionun əsas hərbi güc mərkəzi olduğunu göstərməsinə hesablanmış addımdır.

Bu səfərlə İran guya əzələ nümayiş etdirir. Amma əslində qorxduqlarından bu addımı atırlar. Özünə və hərbi gücünə arxayın olan dövlət sərhəd boyu ərazilərdə hərbi təlimlər keçirməz. 

İran ümumiyyətlə Azərbaycana qarşı hər hansı bir hərbi əməliyyat keçirmək cəsarətində deyil. Belə olarsa, bu İranın dövlət olaraq mövcudluğunu sual altında qoyacaq. Bu mənada Baqerinin Azərbaycanla sərhəd bölgəsindəki hərbi hissəslərə səfər etməsini İranın zəiflik əlaməti kimi dəyərləndirmək olar. Ona görə də bu səfərdən narahatlıq keçirməyə əsas görmürəm”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO