Arayik Arutyunyan Putinə MƏKTUB YAZDI

Arayik Arutyunyan Putinə MƏKTUB YAZDI

Hazırda oxunan: Arayik Arutyunyan Putinə MƏKTUB YAZDI

144351

Qarabağdakı separatçıların lideri Arayik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya "Hraparak" qəzetində yer alıb.

Arutyunyan Kremlin sahibindən xahiş edib ki, məktubuna bir neçə gün ərzində cavab versin:

"Bu suallara cavab istəyirəm: Ruslar bundan sonra Qarabağda nə edəcəklər? Sülhməramlılar missiyalarını yerinə yetirəcəklərmi? Etnik ermənilərin sərbəst hərəkətini təmin edəcəklərmi?   

Əgər ruslar vəziyyəti nəzarətdə saxlamaq və yolu açmaq fikrində deyillərsə, o zaman biz bundan sonra nə edəcəyimizə qərar vermək üçün sizdən (Putin nəzərdə tutulur) dəqiq təlimat almaq istəyirik".

Nəşrin fikrincə, məktub kifayət qədər sərt ifadələrlə yazılıb. Bu isə o deməkdir ki, Qarabağ separatçılarının səbri artıq tükənib.

Qeyd edək ki, Arayik Arutyunyanın məktubunu Rusiya Federasiyasının prezidentinə Nikol Paşinyan göndərib. Cavabın da elə onun vasitəsilə  alınacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO