Ermənistan Rusiyanı işğalçı dövlət kimi tanıdı - FOTO

Ermənistan Rusiyanı işğalçı dövlət kimi tanıdı - FOTO

Hazırda oxunan: Ermənistan Rusiyanı işğalçı dövlət kimi tanıdı - FOTO

133774

Aprelin 26-da BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təcavüzündən bəhs edən BMT və Avropa Şurası arasında əməkdaşlığa dair qətnamə qəbul edib. Rusiya Federasiyası, eləcə də Belarus, Nikaraqua, Suriya və Şimali Koreya kimi dövlətlər qətnamənin əleyhinə səs verib.

Bizim.Media xəbər verir ki, Ermənistan isə öz müttəfiqi Rusiyanı işğalçı dövlət kimi tanıyıb və səsvermədə "hə" düyməsini basıb.

İrəvanlı ekspertlər ölkənin nədən belə addım atdığının səbəbini indiyədək anlaya bilmirlər.

Qeyd edirlər ki, sabah Kreml Ermənistana yenidən qaz nəqlini məhdudlaşdırsa, kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoysa, erməni yük maşınlarının qarşısını kəssə, nəticəsi necə olacaq.
Xatırladaq ki, Azərbaycan səsvermədə bitərəf qalıb. Bu siyahıda Özbəkistan, Qırğızıstan, Tacikistan və daha 15 ölkə var.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO