Lavrov Mirzoyana Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasının vacibliyini vurğulayıb

Lavrov Mirzoyana Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasının vacibliyini vurğulayıb

Hazırda oxunan: Lavrov Mirzoyana Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasının vacibliyini vurğulayıb

119676

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, erməni tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı ikitərəfli gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər Moskva ilə İrəvan arasında müttəfiqliyi möhkəmləndirmək üçün qarşılıqlı niyyətlərini bildiriblər.

Bundan əlavə, Lavrov və Mirzoyan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması problemlərini müzakirə ediblər.

Rusiya tərəfi 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin ən yüksək səviyyədə icrası üzrə işlərin sürətlə bərpasının, o cümlədən regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, habelə ictimai xadimlər, ekspertlər və parlamentarilər arasında dialoqun təşviqinin vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO