İran Cənubi Azərbaycanda zəlzələ ilə bağlı Türkiyənin yardım təklifini qəbul etməyib

İran Cənubi Azərbaycanda zəlzələ ilə bağlı Türkiyənin yardım təklifini qəbul etməyib

Hazırda oxunan: İran Cənubi Azərbaycanda zəlzələ ilə bağlı Türkiyənin yardım təklifini qəbul etməyib
117585
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran Qızıl Aypara Cəmiyyəti Cənubi Azərbaycanda - Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı Türkiyənin Qızıl Aypara Cəmiyyətinin təklifini qəbul etməyib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Qızıl Aypara Cəmiyyətindən bildirilib.

Belə ki, İran tərəfi heç bir yardıma ehtiyacları olmadıqlarını qeyd edib.

"Baş vermiş zəlzələdən sonra yaranan humanitar fəlakətin yaratdığı fəsadları İran tərəfinin aradan qaldıracağı bildirilib. Ona görə də Türkiyə bu məsələdə öz dəstəyini göstərə bilmir", - məlumatda bildirilib
Xatırladaq ki, iki gün öncə İranın şimal-qərbində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində həlak olanlar var. Zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 1000-dən artıq şəxs yaralanıb.

Zəlzələdən zərərçəkmiş vətəndaşlar mətbuata verdikləri açıqlamalarda yaşadıqları evlərin uçması səbəbindən soyuq hava şəraitində köməksiz qaldıqlarını, qida çatışmazlığından, lazımı tibbi yardımın göstərilmədiyindən bəhs edib, eyni zamanda körpə uşaqların və yaşlı insanların soyuqdan əziyyət çəkdiklərini, lazımi sayda çadır verilmədiklərini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO