İran dövlət televiziyasından Azərbaycana qarşı növbəti TƏXRİBAT - Qarabağı “Arsax” adlandırdılar 

İran dövlət televiziyasından Azərbaycana qarşı növbəti TƏXRİBAT - Qarabağı “Arsax” adlandırdılar 

Hazırda oxunan: İran dövlət televiziyasından Azərbaycana qarşı növbəti TƏXRİBAT - Qarabağı “Arsax” adlandırdılar 
112266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın “Regionmonitor.com” saytı yazır ki, ermənilərə xüsusi rəğbət bəsləyən iranlı ekspert Ehsan Movəhhediyan İran dövlət televiziyasının xəbər kanalında Laçın dəhlizinin bağlanmasından danışarkən qondarma “Arsax” terminindən istifadə edib.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, daim anti-Azərbaycan kampaniyası aparmaqda canfəşanlıq edən bədnam ekspert iddia edib ki, Laçın dəhlizini “bağlamaqla” Bakı hansı “humanitar böhran yaradır”.

O, bu dəhlizin Azərbaycan hərbçiləri tərəfindən ekoloji fəallar adı altında “bağlandığını” vurğulayıb.

Movəhhediyan deyib ki, Ermənistan Laçın dəhlizinin "bağlanmasına" etiraz kimi Moskvada keçirilməli olan üçtərəfli görüşdə iştirak etməkdən imtina edib.
Erməni saytı qeyd edir ki, qondarma “Arsax” sözünün İran dövlət televiziyasında işlədilməsi görünməmiş haldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO