Putin: “Dünən İlham Əliyev və Paşinyanla üçtərəfli görüş keçirdik” - VİDEO

Putin: “Dünən İlham Əliyev və Paşinyanla üçtərəfli görüş keçirdik” - VİDEO

Hazırda oxunan: Putin: “Dünən İlham Əliyev və Paşinyanla üçtərəfli görüş keçirdik” - VİDEO
111914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya prezidenti Vladimir Putin deyib ki, dünən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla MDB sammitində birgə söhbət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Smotri-Media” Telegram kanalında yer alıb.

"Dünən biz (Putin, İlham Əliyev və Paşinyan) söhbətə başladıq və üçümüz danışa bildik. Əsasən Cənubi Qafqazda vəziyyətin nizamlanmasını, Qarabağla bağlı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsini müzakirə etdik".

Putin bu fikirləri Ermənistanın baş naziri ilə ikitərəfli görüşdə səsləndirib.

Mənbə qeyd edir ki, Putin Paşinyanla söhbətində “Dağlıq Qarabağ” ifadəsini işlətməyib.

Paşinyan isə Putinə şikayət edib: “Laçın dəhlizinə 20 gündür Rusiya sülhməramlıları nəzarət etmir, problemin həlli yollarını axtarmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO