Azərbaycanlı professor Ərdoğanın Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edildi

Azərbaycanlı professor Ərdoğanın Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edildi

Hazırda oxunan: Azərbaycanlı professor Ərdoğanın Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edildi
10967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Dr. Aygün Attarın Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərman “Resmi Gazete”də dərc edilib.

 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan azərbaycanlı jurnalist Sevil Nuriyevanı qəbul etdi 


Xatırladaq ki, Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib.

O, 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub.

Aygün Attar 2019-cu ildə Türkiyədə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti seçilib.

Azərbaycanlı alim Türkiyə Hərbi Tarix Komissiyasının, Avstriya Türk elmi idarəsinin və Dünya Türkləri Konqresinin üzvüdür.

Evlidir, üç uşağı var.

Bizim.Media

Azərbaycanlı professor Ərdoğanın Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edildi - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO