“Bayraktar Akıncı” PUA-sından İLK – Miniatür bombanın atış sınağından GÖRÜNTÜLƏR 

“Bayraktar Akıncı” PUA-sından İLK – Miniatür bombanın atış sınağından GÖRÜNTÜLƏR 

Hazırda oxunan: “Bayraktar Akıncı” PUA-sından İLK – Miniatür bombanın atış sınağından GÖRÜNTÜLƏR 
107577
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehal edilən milli pilotsuz uçuş aparatı (PUA) “Bayraktar Akıncı”dan ilk dəfə yeni miniatür bombanın sınaq atışı keçirilib.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, Türkiyənin müdafiə korporasiyası olan “ASELSAN” tərəfindən hazırlanan  “TOLUN Miniatür Bomba”nın sınaq atışları uğurla gerçəkləşib. "Bayraktar AKINCI" PUA-sı bomba ilə həyata keçirdiyi sınaq atışında hədəfi tam dəqiqliklə vurub.
“Təkirdağdan havaya qalxan "Bayraktar AKINCI" Çorlu “Bayraktar AKINCI Uçuş Tədris və Test Mərkəzi”ndən 4 ədəd “Miniatür Bomba” ilə Konyada atış testi keçirmək üçün “Karapınar Atıcılıq Test və Qiymətləndirmə Mərkəzi”nə yollanıb.

PUA hədəfini 30 kilometr məsafədən 26.000 fut yüksəklikdən dəqiq bir zərbə ilə vurub” – deyə “Baykar”ın məlumatında qeyd edilib.

Sözügedən görüntüləri təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO