İranda öldürülən şairənin 40 mərasimində İZDİHAM - VİDEO

İranda öldürülən şairənin 40 mərasimində İZDİHAM - VİDEO

Hazırda oxunan: İranda öldürülən şairənin 40 mərasimində İZDİHAM - VİDEO

102867

İranın Kərəc şəhərində öldürülən şairə Hədis Nəcəfinin noyabrın 3-də keçirilən qırx mərasimində minlərlə insan iştirak edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. 

Etirazçı əhali "Diktatora ölüm", "cümə axşamı Hədis Nəcəfi" yazıları ilə yürüş edərək molla rejiminin repressiyalarına etiraz edib.  

İran hökuməti tərəfindən etirazlarda öldürülmüş güneyli gənc qadın H.Nəcəfinin 40 mərasiminə toplaşmış əhaliyə hökumət qüvvələri helikopterdən səs bombası və gözyaşardıcı qaz atıb. 

Qəzəbli etirazçılar təhlükəsizlik qüvvələrinə məxsus maşını aşıraraq yandırıblar. 

Qeyd edək ki, 22 yaşlı gənc şairə və ədəbiyyatçı H.Nəcəfi sentyabrın 23-ü Kərəc şəhərini "İrəm" bulvarında keçirilən dinc etiraz aksiyası zamanı öldürülüb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO