Paşinyanın əsas rəqibi İrəvanda döyüldü - FOTO 

Paşinyanın əsas rəqibi İrəvanda döyüldü - FOTO 

Hazırda oxunan: Paşinyanın əsas rəqibi İrəvanda döyüldü - FOTO 
99904
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanda “Müstəqillik Hərəkatı”nın lideri, eks-qubernator, keçmiş səfir Edqar Kazaryan döyülüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan polisinin mətbuat xidməti yayıb.

Qurumun məlumatına görə, Kazaryanın döyüldüyü barədə siqnal təcili yardım maşını ilə aparıldığı Erebuni tibb mərkəzindən gəlib.
“Təcili yardım maşını Kazaryanı xəstəxanaya çatdırıb. Hazırda hadisənin bütün şəraiti araşdırılır. Materiallar ibtidai istintaq orqanına təhvil verilib”, - deyə polisdən bildirilib.

Kazaryan Yeqbayrutyan küçəsi-16 ünvanından xəstəxanaya aparılıb. Hücum edənlər barədə məlumat verilmir.

İctimai xadim Naira Zohrabyan da öz növbəsində Kazaryanın evinin yaxınlığında döyüldüyünü bildirib. Digər təfərrüatlar hələlik məlum deyil.

Xatırladaq ki, Edqar Kazaryan dəfələrlə İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər təşkil edib.

Bizim.Media

Paşinyanın əsas rəqibi İrəvanda döyüldü - FOTO  - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO