Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana GƏTİRİLDİ

Hazırda oxunan: Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana GƏTİRİLDİ
644800
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 

Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.


Belə ki, 2025-ci ildə Bakı şəhərində birgə yaşadıqları mənzildə həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı İbrahimov Rüstəm Hüseyn oğlunun yeri Çin Xalq Respublikasında müəyyən olunub və o, həbs edilib.

Nazirliyin səlahiyyətli qurum olduğu “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında” 17.03.2005-ci il tarixli Müqaviləyə əsasən göndərilən sorğudan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Çin Xalq Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

İbrahimov Rüstəm Hüseyn oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Çin Xalq Respublikasından ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO