Azərbaycan Somali ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan Somali ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Hazırda oxunan: Azərbaycan Somali ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTO
644786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Əbdülfəttah Qasim Məhəmməd ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
 

A. Kərimli Somalinin Forumda yüksək səviyyədə təmsil olunduğunu bildirib, dost ölkənin beynəlxalq platformalarda Azərbaycanın haqq işinə həmişə dəstək verdiyini məmnunluqla xatırladıb.


Görüşdə Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Q. Məhəmməd qlobal əhəmiyyətli tədbirə dəvətə görə təşəkkür edib, forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırıb.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO