Azərbaycan millisi Cəbəllütariqə QALİB GƏLDİ

Azərbaycan millisi Cəbəllütariqə QALİB GƏLDİ

Hazırda oxunan: Azərbaycan millisi Cəbəllütariqə QALİB GƏLDİ
644791
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı və festivalında növbəti matçına çıxıb.

Bizim.Media xəbər verir ki, millimiz C Divizionunda (65-96-cı yerlər uğrunda) günün ikinci matçında Cəbəllütariqlə üz-üzə gəlib. Görüş təmsilçilərimizin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Famil Xəlilovun komandası bundan öncə Çili yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksindəki 7B stadionunda keçirilən oyun Çilinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan millisi AF qrupu 3-cü pillədə başa vurub və C Divizionuna vəsiqə qazanıb. Yığmamız qrupda Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO