
- A-
- A
- A+
İdman
10:03 / 08.10.2022
Hidayət Heydərov və Rüstəm Orucov mübarizəyə başlayır
Hazırda oxunan: Hidayət Heydərov və Rüstəm Orucov mübarizəyə başlayır
98086
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın daha iki cüdoçusu mübarizəyə başlayacaq.
Rüstəm Orucov (73 kq) 1/16 finalda Aleksandru Rayku (Rumıniya) / Daniel Karqnin (Braziliya) cütünün qalibi, Hidayət Heydərov (73 kq) isə Abdul Malik Umayev (Belçika) / Ali Abdelmouati (Misir) görüşünün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur.
İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































