"Azərişıq" "Azəriqaz"la memorandum imzaladı

Hazırda oxunan: "Azərişıq" "Azəriqaz"la memorandum imzaladı
9668
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün “Azərişıq” ASC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında strateji əməkdaşlıq üzrə memorandum imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, videoformatda keçirilən tədbirdə memorandumu “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev imzalayıblar.

Hər iki qurumun rəhbər şəxsləri imzalanmadan öncə kommunal sektorda əməkdaşlığın zəruriliyinə toxunublar və bu təşəbbüsün də abonent məmnuniyyətinə hesablandığını vurğulayıblar.

Bildirilib ki, hər iki qurumun kifayət qədər təcrübəyə sahib mütəxəssisləri var. Onlar kommunal sektorda ortaya çıxa biləcək problemləri əvvəlcədən proqnozlaşdırmaqla, müvafiq tədbirlərin görülməsi istiqamətində birgə səy göstərə bilərlər. Beləliklə, qarşılıqlı fikir və informasiya mübadiləsi gələcək fəaliyyət üçün çox faydalı ola bilər.

Qeyd edək ki, strateji əməkdaşlıq üzrə memorandum gələcəkdə vahid mənbədən idarə edilməklə vahid kommunal idarəetmə funksiyalarının formalaşdırılması, şəbəkəyə qoşulmanın əlçatanlığı və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini nəzərdə tutur.

Bundan başqa Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərdə daha operativ yanaşmanın təmin edilməsi istiqamətində də birgə fəaliyyət planının işlənilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO