Deputat: “Şoyqunun hədiyyə etdiyi xəncər Rusiyadan Ermənistana gələn yeganə silah idi” – VİDEO

Hazırda oxunan: Deputat: “Şoyqunun hədiyyə etdiyi xəncər Rusiyadan Ermənistana gələn yeganə silah idi” – VİDEO

96533

“Müdafiə naziri Sergey Şoyqunun keçmiş müdafiə naziri Arşak Karapetyana hədiyyə etdiyi xəncər Rusiyadan Ermənistana gələn yeganə silah idi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deputat Qaqik Melkonyan səsləndirib.

Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvü deyir ki, bu simvolik hədiyyədən başqa, 44 günlük müharibədən sonra Rusiyadan Ermənistana başqa silah gəlməyib.

“İndi biz elə məqama gəlmişik ki, ölkəmiz çətin vəziyyətdədir və nə KTMT, nə də Rusiya bizə kömək edir”, - deyə Melkonyan bildirib.

“Şoyqu bir il əvvəl erməni həmkarına xəncər hədiyyə edərək demişdi ki, Ermənistana silah verilməsi prosesinin başlandığını güman etmək olar. Nə dəyişdi? Rusiya niyə vədinə əməl etmir? Ancaq hamı Paşinyan hökumətini günahlandırır. Əzizim, bir adam sənə silah vermirsə, sənin nə günahın var?”, deyə o, qeyd edib.

Yeri gəlmişkən, sentyabr döyüşlərində Paşinyan parlamentdə bəyan etmişdi ki, silah üçün pul var, lakin obyektiv və subyektiv səbəblərdən ya satılmır, ya da Ermənistana çatdırılması problemlidir.
Problemlərin nə olduğunu isə Baş nazir dəqiqləşdirməyib.

Səkkiz il müdafiə nazirinin müavini işləyən Melkonyan bildirir ki, ABŞ Ermənistana KTMT-dən çıxdıqdan sonra silah satacaq.

“İlkin şərt bəllidir, onlar bizim KTMT-dən çıxmağımızı istəyirlər”, o vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO