Şabranda nə qədər  sahə yanıb? - FOTO

Şabranda nə qədər  sahə yanıb? - FOTO

Hazırda oxunan: Şabranda nə qədər  sahə yanıb? - FOTO
88763
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün Şabranda müxtəlif ərazilərdə baş verən yanğında 480 hektar biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Yanğından 3 ev zərər görüb, bir ev tamam yanıb, 2 evin isə yarıdan çoxu yanıb.

Məlumatı Bizim.Media-ya Şabran RİH başçısının müavini İlkin Ağayev verib.

Onun sözlərinə görə, hazırda yanğın söndürülüb, amma tüstülənmə olduğundan soyutma işləri gedir. Yanğının söndürülməsində yerli qüvvələrlə, sakinlərlə yanaşı, FHN-in 9 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi, bir helikopteri cəlb edilib.

Gecə saatlarında da bütün qüvvələr alovun genişlənməməsinə nəzarət ediblər.

İlkin Ağayev məlumat verdi ki, Dağbilici kəndində baş vermiş yanğında evlərini itirmiş sakinlər yaxınlarının evində yerləşiblər.
 

Evi tamamilə yanan Bayram Ağasiyev kənddə uzun illər fəaliyyət göstərmiş məşhur "Xınayaxdı" folklor ansamblının rəhbəridir.

Evdən heç nə çıxarmaq mümkün olmayıb, bütün əşyaları və avadanlığı tamamilə yanaraq kül olub. Rayonda böyük fəsadlara yol açmış yanğının isti küləyin nəticəsində baş verdiyi deyilir. Təfərrüatlar açıqlanacaq.



Aytəkin Alxaslı, Bizim Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO