11 bağça müdiri işdən çıxarıldı - SİYAHI - YENİLƏNİB

11 bağça müdiri işdən çıxarıldı - SİYAHI - YENİLƏNİB

Hazırda oxunan: 11 bağça müdiri işdən çıxarıldı - SİYAHI - YENİLƏNİB

82328

Xəbər veridiyimiz kimi, 11 uşaq bağçasının müdiri işdən çıxarılıb. 

Bizim.Media xəbər veriri ki, bu barədə Təhsil Nazirliyi (TN) açıqlama yayıb. 

Nazirlikdən bildirilib ki, qurum tərəfindən məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinq nəticəsində 11 bağça müdiri tutduğu vəzifədən azad edilib:

"Tərtər rayonunda yerləşən Qazyan kənd körpələr evi-uşaq bağçası, Hacıqərvənd kənd körpələr evi-uşaq bağçası, Bəyimsarov kənd körpələr evi-uşaq bağçası, Hüsənli kənd körpələr evi-uşaq bağçası, və Qarağacı kənd körpələr evi-uşaq bağçası, həmçinin Saatlı rayonu Şirinbəy kənd körpələr evi-uşaq bağçası, Ucar rayonunda yerləşən Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçası və Qarabörk kənd 2 nömrəli körpələr evi-uşaq bağçası, Qax rayonu Meşəbaş kənd 38 nömrəli uşaq bağçası, Lerik rayonunda yerləşən Qosmalian kənd körpələr evi-uşaq bağçası və Hamarat kənd uşaq bağçasının müdirləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, monitorinq zamanı sözügedən müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkar olunub".
***

Azərbaycanda 11 uşaq bağçasının müdiri işdən çıxarılıb. 

Bizim.Media xəbər verir ki, həmin bağça müdirlərinin işinə xitam verilib. 

Onların işdən çıxarılmasına səbəbi hələ ki, açıqlanmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO