Temperatur paytaxtda iqlim normasından aşağı düşüb – FAKTİKİ HAVA 

Hazırda oxunan: Temperatur paytaxtda iqlim normasından aşağı düşüb – FAKTİKİ HAVA 

74327

Mayın 14-ü saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin 13-ü günün birinci yarısında Lerikdə 5.0 mm, Culfada 2.0 mm, Naxçıvan, Şərur, Ordubadda 1.0 mm-dək yağış yağıb. 

Bizim.Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu Bakıda iqlim normasından 1.0° aşağı olub.  

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, yağmursuz keçəcək. 

Lakin 16-sı gündüzdən 17-si səhərədək şimal-qərb küləyinin güclənəcəyi, 16-sı səhər saatlarında arabir yağış yağacağı gözlənilir.
Bölgələrdə də 15-i axşam qərb rayonlarından başlayaraq, hava şəraitinin dəyişəcəyi, 17-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO