Nadir final sevincini Belçika təmsilçisi ilə belə qeyd etdi - VİDEO 

Hazırda oxunan: Nadir final sevincini Belçika təmsilçisi ilə belə qeyd etdi - VİDEO 

74096

Xəbər verdiyimiz kimi, ötən gün İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” beynəlxalq mahnı yarışmasının ikinci yarımfinalı baş tutub.  

Bizim.Media xəbər verir ki, yarışmada ölkəmizi dördüncü nömrə altında təmsil edən gənc ifaçı Nadir Rüstəmli finala yüksəlib.  

Müsabiqədən sonra Nadir səhnənin kulisində Belçika təmsilçisi Jeremi Makiesi bir araya gələrək finala çıxdıqları üçün sevinclərini ətrafdakılarla bölüşüblər.  
Həmin anları video şəklində sosial şəbəkə hesabında paylaşan Rüstəmli “Sevinc və qürür! Sevginiz və dəstəyiniz üçün hamınıza təşəkkür edirik!” deyə şərh yazıb.  

Qeyd edək ki, finalda yarımfinalların qaliblərinə müsabiqənin təsisçi ölkələrinin - Böyük Britaniya, İtaliya, İspaniya, Fransa və Almaniyanın nümayəndələri də qoşulacaq. Beləliklə, “Avroviziya -2022”nin finalında 24 ölkə təmsilçisinin çıxış baş tutacaq. Yarışma “İctimai Televiziya”nın efirindən canlı yayımlanacaq.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO