Azərbaycan Qarabağın bərpasında iştirak edən İtaliya şirkətlərinin sayının artırılmasında maraqlıdır

Azərbaycan Qarabağın bərpasında iştirak edən İtaliya şirkətlərinin sayının artırılmasında maraqlıdır

Hazırda oxunan: Azərbaycan Qarabağın bərpasında iştirak edən İtaliya şirkətlərinin sayının artırılmasında maraqlıdır
67651
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəaliyyət göstərən İtaliya şirkətlərinin sayının artırılmasında maraqlıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın XİN başçısı Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur"


Görüşdə C.Bayramov italiyalı həmkarına Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpası istiqamətində görülən işlər barədə məlumat verib. 

XİN başçısı qeyd edib ki, İtaliya şirkətləri artıq orada işləyir. 

Onun sözlərinə görə, Azərbaycan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə xarici şirkətləri, o cümlədən İtaliya şirkətlərini cəlb etməkdə maraqlıdır. 

Nazir Luici Di Mayo, öz növbəsində, İtaliya şirkətlərinin bu istiqamətdə əlavə addımlar atacağına vəd verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO